Sumqayıtda ana və övladı dənizdə boğulub –YENİLƏNİB

Sumqayıtda ana və övladı dənizdə boğulub.

APA-nın məlumatına görə, hadisə Xəzər dənizinin Sumqayıt sahilində baş verib.

Dənizdə övladının batdığını görən ana onu xilas etmək istəyib. Lakin ana da batıb.

Onların meyitləri sudan çıxarılıb.

Sumqayıt şəhəri yaxınlığında Xəzər dənizində batanların şəxsiyyəti məlum olub.

Dənizdə boğulanlar 1991-ci il təvəllüdlü Kərimova Fatma Allahverdi qızı və onun 2015-ci ildə anadan olmuş övladı Kərimli Nicat Əlvan oğludur.

Əvvəlki məqalə

Təhsil Nazirliyi Lənkəranda vəzifəli şəxslərin məktəbli qızı döyməsini pisləyib

Sonrakı məqalə

“Qarabağ” klubu Julio Romaonu transfer edib –