Sumqayıtda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs polisə təslim olub

İyunun 26-də saat 16 radələrində Sumqayıt şəhərində evlərin birində 1987-ci təvəllüdlü Muradova Leyla Bəhrəm qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs – qadının həyat yoldaşı 1993-cü il təvəllüdlü Muradov Balafər Əlifağa oğlu polisə gələrək təslim olub. Həmin şəxs saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.