Sumqayıtda kişi xəstəxanada yatan qardaşı arvadını palatada qətlə yetirib- YENİLƏNİB

Sumqayıt şəhər sakini 2001-ci il təvəllüdlü şəxs (qadın cinsli) avqustun 7-si saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hündürlükdən yıxılma, sol kürək sümüyünün sınığı və sol diz oynağının əziyi diaqnozu qoyulan pasiyent Travmatologiya şöbəsinə yerləşdirilib: “Ona müvafiq tibbi yardımlar göstərilib və bu barədə polisə məlumat verilib.

Avqustun 9-u saat 12:00 radələrində xəstəyə baş çəkmək üçün xəstəxanaya gələn ailə üzvlərindən biri palataya daxil olaraq, onunla söhbət edib. Həmin zaman xəstənin yaxını ona kəsici-deşici alətlə xəsarət yetirib. Boyun nahiyəsinin deşilmiş-kəsilmiş yarasını alan pasiyentə tibbi personal tərəfindən təcili zəruri tibbi yardımlar göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırma aparılır. Qeyd edək ki, meyit təşrih üçün Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.