Sumqayıtda sərnişin sürücünü hədələyərək pulunu talayıb

İyunun 29-da Sumqayıt şəhəri Qurd dərəsi bağlar sahəsində “Khazar” markalı bir avtomobildə sərnişinin sürücünü bıçaqla hədələyərək 300 manatını talaması barədə polisə məlumat daxil olub.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xəbər verilib. Bildirilib ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

Əvvəlki məqalə

Açıq Hökumət Platforması Fransada AZTV əməkdaşlarına olan təzyiqi pisləyib

Sonrakı məqalə

Ukraynada müharibə üçün hazırlanan könüllüləri çeçen oliqarx maliyyələşdirir