Sumqayıtda yanğınla əlaqədar əhali təhlükəsiz ərazilərə evakuasiya olunur

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində yanğının söndürülməsi və həmin ərazinin yaxınlığında yaşayan sakinlərin təhlükəsizliyinin təmin olunması ilı bağlı zəruri tədbirlər davam etdirilir.

Hazırda əhalinin təhlükəsiz ərazilərə evakuasiyası həyata keçirilir. Bütün əlaqədar strukturlar problemin qısa zamanda aradan qaldırılması üçün səfərbər olunub, onlara lazımi tapşıırıqlar verilib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.