Sumqayıtda yeniyetmələr arasında bıçaqlanma olub

Sumqayıtda yeniyetmələr arasında münaqişə bıçaqlanma ilə nəticələnib.

APA xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb. İlkin məlumata əsasən, şəhər sakini, 2008-ci il təvəllüdlü M. M. aralarında yaranmış şəxsi mübahisə zəminində 2007-ci il təvəllüdlü N. A.-ya bıçaqla xəsarət yetirib.

Yaralı dərhal Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Ona sol bel nahiyəsində daxilə nüfuz etməyən kəsilmiş yara diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib.

APA-nın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.