Sumqayıtın icra başçısı “Bu şəhərdə”nin konsertinə icazə vermədi –

QALMAQAL
22 Yanvar 2020 - 17:02

“Bu şəhərdə”yə Sumqayıtda konsert verməyə icazə vermədilər.

Bu barədə “Bu şəhərdə” prodakşının prodüseri və ssenaristi Müşviq Abbasov öz “Facebook” profilində yazıb. O bildirib ki, Sumqayıt İcra Hakimiyyətindən icazə verilmədiyi üçün Sumqayıtda planlaşdırılan konsert baş tutmayacaq:

“Mart ayının 1 və 2-si “Bu şəhərdə”nin Sumqayıtda nəzərdə tutulmuş konserti olmayacaq. Nəzərinizə çatdırım ki, Bakı, Moskva, London, Riqa, Köln, Tiflis və s. şəhərlərdə biz və ya kimsə konsert verəndə həmin şəhərin İcra Hakimiyyətindən icazə almağına ehtiyac yoxdur, sadəcə, konsert keçirəcəyin zal ilə danışılır, Sumqayıtda isə mütləq İcra Hakimiyyəti icazə verməlidir.

Bizə, dünyanın 40-dan çox şəhərində 300-dən çox konsert verən “Bu şəhərdə”yə Sumqayıtda konsertə icazə vermədilər.”