Suriya İdlibdə hava məkanını bağladığını elan etdi:

“İstənilən təyyarə vurulacaq”
01 Mart 2020 - 14:28

Suriya ordusunun komandanlığı İdlib üzərində hava məkanının bağlandığını elan edib.

Azpost.info bildirir ki, bu barədə Suriyanın SANA rəsmi Agentliyi xəbər yayıb.  “Hava məkanını pozan istənilən təyyarə düşmən təyyarəsi hesab olunacaq və vurulacaq”.

KİV-lərin yaydığı xəbərə görə, türk silahlı qüvvələri İdlibdə hucumu davam etdirirlər.