Suriyanın müvəqqəti prezidenti Əhməd əş-Şara xarici işlər naziri Əsəd Həsən Şeybaninin müşayiəti ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada gəlib. AzPost APA-ya istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-İhbariyyə” telekanalı məlumat yayıb.
Vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşü gözlənilən Əhməd əş-Şara Suriyanın keçid dövrü prezidenti seçildikdən sonra ilk xarici səfərini edib.
Onun ilk səfəri ilə bağlı fotoları təqdim edirik: