Suriyada terror aktı –Ölənlərin sayı 42-yə çatıb

Suriyanın Afrin şəhərində terror aktı baş verib. 

“Anadolu” agentliyinin verdiyi xəbərə görə, partlayıcı quraşdırılmış dizel dolu maşın Afrin şəhər mərkəzində mülki şəxslərin cəmləşdiyi Racu küçəsində partladılıb. PKK/YPG-nin törətdiyi terror aktında ölənlərin sayı 42-yə çatıb.

Məlumatda qeyd olunub ki, üçü uşaq olmaqla 42 Suriya vətəndaşı ölüb, 30-u isə yaralanıb.

Valilikdən verilən məlumatda bildirilib ki, hadisə ilə bağlı kamera görüntüləri izlənilib, partlayıcı quraşdırılmış dizel dolu maşını hadisə yerinə gətirən şübhəli şəxslər saxlanılıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Koronavirus pandemiyasının sonu yaxında deyil” –

Sonrakı məqalə

ABŞ-da koronavirusdan ölənlərin sayı 58 mini keçib