Sürücü ev sahibinin avtomobilindən 100 min oğurladı- FOTO

Bağ evi almaq istəyən şəxsin sürücüsü onun avtomobildə saxladığı 700 min manatın yüz minini oğurladığı üçün saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, paytaxtın Xəzər rayonunda xarici ölkələrdən birinin vətəndaşının 100 min manatının oğurlanması barədə polisə məlumat daxil olub.

Xəzər Rayon Polis İdarəsi Cinayət axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rüfət Bəkirov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalarla müəyyən olunub ki, R.Bəkirov zərərçəkənin sürücüsüdür. O, iyulun 25-də həmin şəxsin bağ evi almaq üçün avtomobildə saxladığı 700 min manatın yüz minini talayaraq ələ keçirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

“Anam rəsmən istefa verməyib”

Sonrakı məqalə

V qrup üzrə ixtisas seçimi müsabiqəsində 4011 plan yeri nəzərdə tutulur