Şuşada yeni yaşayış binaları tikiləcək- Dövlət Qoruğu İdarəsi

Şuşada yeni yaşayış binaları tikiləcək və insanların köçürülməsi davam edəcək.

Bunu Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, Şuşa şəhərində abidələrin bərpa olunması işləri davam edir:

“Bu il Şuşanı xeyli sayda insan ziyarət edib, Şuşaya sakinlərin köçürülməsi həyata keçirilib. Böyük qayıdış proqramına uyğun olaraq bərpa və yenidənqurma işləri davam etdirilir. İnsanların öz doğma yurdlarına köçürülməsi davam etdiriləcək”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.