Şvartsnegger dağılmış asfalt yolu özü təmir etdi –VİDEO

Məşhur kino ulduzu Arnold Şvartsnegger Los-Ancelesdə yaşadığı rayonda yolun dağılmış asfalt örtüyünü təmir edib.
Azpost.info bildirir ki, onun Tvitterdə paylaşdığı görüntülər böyük maraq doğurub.
Aktyorun sözlərinə görə, yaşadığı Bremtvudun sakinləri asfalt üzərində yaranmış çaladan narazılıq ediblər. İctimai işlər deparatamenti şikayətçilərə təmir vədi versə də bir neçə həftə ərzində bunu etməyib.
“Bütün rayon bu böyük çaladan narazılığını görəndən sonra mən öz komandamla çıxdım və yolu təmir elədim. Həmişə deyirəm ki, şikayət etməyək, nəsə edək”-deyə Şvartsnegger yazıb.
Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.