Təbriz imamı helikopter qəzasından sonra bir saat sağ olub- Ayətullah PA rəhbərinə zəng edib

Təbriz şəhərinin cümə imamı Ayətullah Əli Haşim ölkə prezidenti İbrahim Rəisinin başçılıq etdiyi İran nümayəndə heyətini daşıyan helikopterin qəzaya uğramasından sonra bir saat ərzində sağ olub.

Azpost.info xəbər verir ki, bu barədə “Tansim” xəbər agentliyi İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd Həsən Namiyə istinadən yazıb.

Nazminin sözlərinə görə, ruhani lider qəzadan az sonra telefonla zəng edib.

“Əli Haşim qəzadan bir saat sonra hələ də sağ idi və hətta telefonla prezident administrasiyasının rəhbəri Qulamhüseyn İsmailiyə zəng etmişdi”, – Həsən Nami deyib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan Tayvanın müstəqilliyini tanımır

Sonrakı məqalə

Latviya Prezidenti COP29-da iştirak edəcək