Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Təhqir və böhtana məruz qalan şəxs hansı məhkəməyə müraciət etməlidir?

Orkhan Ali 25 Noyabr 2024 - 11:34 (Last updated: 21 May 2025 - 20:15)
17325202131445522336_1200x630

Azərbaycan Respublikasının Ali Məhkəməsi xüsusi ittiham qaydasında şikayətlə bağlı materiala baxılması üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsinə aydınlıq gətirib.

Ali Məhkəmənin mətbuat xidmətindən bildirilib ki, işin hallarına görə, Xəzər Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə xüsusi ittiham qaydasında şikayətlə bağlı material aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Xəzər Rayon Məhkəməsi materialı aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərərkən nəzərə alıb ki, şikayətdə “təhqir” və “böhtan” kimi səciyyələndirilən məlumatlar hüquqi ünvanı Azərbaycan Respublikasının ərazisi olmayan internet informasiya ehtiyatında yayılıb və kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Xəzər Rayon Məhkəməsi barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Abşeron rayonu ərazisində yerləşən qeydiyyatsız yaşadığı mənzilin onun yaşayış yeri sayıldığını nəzərə alaraq materialın baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməli olması qənaətinə gəlib. Lakin Abşeron Rayon Məhkəməsi barəsində şikayət verilmiş şəxsin şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara əsasən onun yaşayış yerinin qeydiyyata alındığı Xəzər rayonunda yerləşən ünvan olmasını nəzərə alıb, materiala Xəzər Rayon Məhkəməsində baxılmalı olması haqqında nəticəyə gəlib.

Məhkəmə aidiyyəti məsələsinin həll edilməsi üçün material Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib, aidiyyət məsələsi üzrə mübahisə müxtəlif apellyasiya instansiyası məhkəmələrinin yurisdiksiyalarında fəaliyyət göstərən məhkəmələr arasında yarandığından Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə material aidiyyəti üzrə göndərilməsi məsələsinin həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilib.

Ali Məhkəmənin məsələylə bağlı mövqeyi bundan ibarət olub ki, qanunvericiliklə şəxsin yaşayış yerinin və yaxud olduğu yerin aydın və birmənalı müəyyən edilməsinə xüsusi əhəmiyyət verilməsi, məhz bu zərurətdən çıxış edərək sözügedən məsələ (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri məsələsi) üzrə birmənalılığı (hüquqi müəyyənliyi) təmin edən vasitə rolunda müstəsna olaraq şəxsiyyət vəsiqəsində əks olunmuş yaşayış yeri üzrə qeydiyyat barədə məlumatlar hesab olunduğundan (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri haqqında məlumatın rəsmi mənbəyi olaraq yalnız şəxsiyyət vəsiqəsini göstərir), Ali Məhkəmənin mövqeyinə əsasən, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq, hazırki material üzrə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin yaşayış yeri kimi onun yaşayış yeri üzrə qeydiyyata alındığı Xəzər rayonu ərazisində yerləşən ünvanı qəbul edilməli, Abşeron rayonu ərazisində qeydiyyatsız yaşadığı mənzil isə onun olduğu yer kimi nəzərdən keçirilməlidir.

Ali Məhkəmənin qərarına əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialın baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilməsi qərara alınıb(azərtac).

Post navigation

Previous: Almaniyadan uçan təyyarə Litvada qəzaya uğradı
Next: “Şəhid ailələri, qazilər və müharibə iştirakçılarına qayğı gələn il də davam edəcək”

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

erdoqan
  • Baş Yazı

Ərdoğan sabah Qarabağa gəlir

User 07 Noyabr 2026 - 23:02
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri...
Read more about Ərdoğan sabah Qarabağa gəlir
Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.