Təkrar sertifikasiya imtahanında səhv sual aşkarlanmayıb

İyunun 8-də keçirilən təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual aşkarlanmayıb.

Bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olub. Test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılmış və səhv sual aşkarlanmayıb.

Apellyasiya müraciətləri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.

Əvvəlki məqalə

“Qərb yeni dağıdıcı münaqişə başlatmağa çalışır”

Sonrakı məqalə

“ABŞ-dakı viza mərkəzləri bağlanarsa, Rusiya adekvat cavab verəcək”