Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı 1081 apellyasiya müraciəti olub

Müəllimlərin iyunun 8-də keçirilmiş təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətləri barədə məlumat onların şəxsi kabinetlərinə göndərilib.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, təkrar sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə 449-u məzmun, 632-si texniki məsələ olmaqla, ümumilikdə 1081 apellyasiya müraciəti daxil olmuşdur.

Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlər araşdırılıb və səhv sual aşkarlanmayıb.

Müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla apellyasiya nəticələri ilə tanış ola bilərlər.

Əvvəlki məqalə

“ABŞ-dakı viza mərkəzləri bağlanarsa, Rusiya adekvat cavab verəcək”

Sonrakı məqalə

Sabah hava necə olacaq?