“Təzəpir” məscidində Ramazan münasibətilə bayram namazı qılınıb –

CANLI
13 May 2021 - 09:58

Azərbaycanda Ramazan münasibətilə bayram namazı qılınır.

Bayram namazı”Təzəpir” məscidində başlanıb.

 

Bayramı namazı Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərliyi ilə qılınır.

Xatırladaq ki, QMİ Qazılar Şurasının fətvasına əsasən, Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə aprelin 14-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimlə mayın 13-nə təsadüf edir.

Bu gün “Əjdərbəy” məscidində də bayram namazı təşkil edilib.

Qeyd edək ki, bu gün səhər Şuşa şəhərinin Yuxarı Gövhər Ağa məscidində də bayram namazı qılınıb.