TƏBİB vətəndaşları evdən çıxmamağa çağırıb

TƏBİB vətəndaşları evdən çıxmamağa çağırıb.

Bu barədə qurumun sosial şəbəkədəki paylaşımında bildirilib.

“Əziz vətəndaşlar, dəyərli səhifə izləyiciləri!

Bu günlərdə virusla mübarizədə cəmiyyət olaraq ən böyük fədakarlıq sınağından birlikdə keçməyə çalışırıq. Hər gün doğmalarımızın, əzizlərimizin də içində olduğu minlərlə insanın virusa yoluxması bu  bəlanı nəfəs qədər yaxınımzda hiss etməyimizə səbəb olur.

Virusla ən yaxşı və ilkin mübarizə, eyni zamanda onun təsir gücünü azaldacaq tədbir özümüzü və ətrafımızı qorumaqdan başlayır. Hər kəs öz evinin qoruyucu qəhrəmanı olmaqla bütün cəmiyyətin qəhrəmanına çevrilə bilər.

Vacib işimiz olmadığı halda küçəyə çıxmayıb evimizdə qalaraq COVID-19 virusunun yayılma tempini zəiflətmək, dövlətimizə və həkimlərimizə ən böyük mənəvi dəstəkdir.

Birlikdə olduğumuz zaman öhdəsindən gələ bilməyəcəyimiz heç bir maneə yoxdur.

#BizBirlikdəGüclüyük”, – paylaşımda qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan “Başakşəhər”in oyununda baş verən qalmaqala münasibət bildirdi

Sonrakı məqalə

Kəlbəcərdə komendant rejiminə nəzarət edilir –