“Təbrizdə Ermənistanın Baş konsulluğu açılacaq”- İran XİN rəhbəri

İran Ermənistanın Təbrizdəki Baş konsulluğunun 2024-cü ilin əvvəlində açılacağına ümid edir.

Azpost.info xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İrəvanda erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi brifinqdə deyib.

“Ümid edirik ki, yeni ilin ilk günlərində həmkarım Ararat Mirzoyan və mən Təbrizdə Baş konsulluğu açacağıq”, – Abdullahian bildirib.

XİN rəhbəri qeyd edib ki, bu gün İran tərəfi Ermənistanın Təbrizdə Baş konsulluğunun açılmasına razılıq verib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.