Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Təhlükəsizlik göstəriciləri ən pis olan 10 sərnişin təyyarəsi

Orkhan Ali 20 May 2025 - 16:30 (Last updated: 21 May 2025 - 20:31)
Təyyarə

Təyyarə

2024-cü ildə dünyada 40 milyondan çox müntəzəm uçuş həyata keçirilib və bu, əvvəlki ilə nisbətən 10,4% artım deməkdir. Aviasiya həm təhlükəsiz, həm də sürətli nəqliyyat növü kimi qalsa da, zaman-zaman qəzalar da baş verir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, son 5 ildə ölümcül qəza göstəricisi hər 810.000 uçuşa bir qəza səviyyəsinə enib.

Valyuta.az xəbər verir ki, “Slashgear” portalı “Boeing”in 1959-cu ildən bəri apardığı statistik hesabatlara əsaslanaraq, sərnişin təyyarələri arasında ən aşağı təhlükəsizlik göstəricilərinə malik olan 10 modeli açıqlayıb. Siyahı ölümcül qəzalarda həyatını itirən sərnişinlərin sayına görə tərtib olunub.

10. Airbus A350

Müasir və təhlükəsiz təyyarələrdən biri hesab olunur. İndiyə qədər yalnız bir ölümcül qəza qeydə alınıb – 2 yanvar 2024-cü ildə “Japan Airlines” təyyarəsi sahil mühafizəsinə məxsus DHC-8 ilə toqquşub. A350-nin ölümcül qəza göstəricisi: 0,59.

9. Airbus A300

Bu modelin iştirak etdiyi bir neçə böyük qəza olub. Ən faciəlilərindən biri “China Airlines”in 140 saylı reysi ilə baş verib – 264 nəfər həlak olub. A300-ün göstəricisi: 0,63.

8. British Aerospace 146 / Avro RJ

1993-cü ildə Çin İnçuan hava limanında baş vermiş qəza nəticəsində 55 nəfər həlak olub. Təyyarənin göstəricisi: 0,66.

7. Boeing 727

1986-cı ildə Meksikada baş vermiş faciə zamanı 167 nəfər həyatını itirib. Təyyarənin ölümcül qəza göstəricisi: 0,72.

6. McDonnell Douglas DC-9

1969-cu ildə ABŞ-da baş vermiş toqquşma zamanı 83 nəfər həlak olub. Təyyarənin göstəricisi: 0,77.

5. Boeing 737-100/200

Uğurlu model olsa da, keçmiş versiyaları ölümcül qəzalarla yadda qalıb. İndoneziya və Efiopiyada baş vermiş hadisələrdə bütün sərnişinlər həlak olub. Təyyarənin göstəricisi: 0,87.

4. McDonnell Douglas DC-10 / Boeing MD-10

1979-cu ildə Çikaqoda baş vermiş qəza zamanı 273 nəfər ölüb. Təyyarənin göstəricisi: 1,28.

3. McDonnell Douglas MD-11

1998-ci ildə Kanadanın Halifax şəhəri yaxınlığında 229 nəfərin öldüyü qəza ilə yadda qalıb. Təyyarənin göstəricisi: 1,56.

2. Airbus A310

2000-ci ildə Fil Dişi Sahilində 169 nəfərin öldüyü faciə baş verib. Təyyarənin göstəricisi: 1,89.

1. Fokker F-28 Fellowship

İstehsalı 1987-ci ildə dayandırılsa da, hələ də bəzi hərbi hava qüvvələri tərəfindən istifadə olunur. 1981-ci ildə baş vermiş qəzada 17 nəfər ölüb. Təyyarənin ölümcül qəza göstəricisi: 2,31.

AzPost.az

Post navigation

Previous: Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb
Next: Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.