Tənha anaların övladlarının təhsilinə dəstək üçün xeyriyyə satışı təşkil edilib –FOTO

Ölkə Prezidentinin 2023-cü ili “Heydər Əliyev ili” elan etməsilə bağlı ölkədə və ölkə xaricində bir sıra mühüm, dövlət əhəmiyyətli layihələrin təşkili və həyata keçirilməsi vətəndaşların qəlbində böyük sevinc və riqqətə səbəb olur, böyük ovqat yaradaraq milli dövlətçiliyimizə bağlılıq hisslərini gücləndirir.

“Cığır” mənəvi dəyərlərin inkişafına dəstək İctimai Birliyi olaraq biz də bu tədbirlər silsiləsinə öz töhfəmizi bəxş etmək və Heydər Əliyev ili çərçivəsində ümummilli liderimizin hər zaman vurğu vurduğu mənəvi dəyərlərin təbliği istiqamətində Bakı sakinləri arasında sosial əhəmiyyətli layihə həyata keçirdik.

“MİDA” Yasamal Yaşayış Kompleksində sosial bazar – xeyriyyə satışı təşkil edildi. Artıq aylardır hər həftəsonu Bakının müxtəlif bölgələrində, qəsəbələrində təşkil edilən, fərqli insanları eyni məkanda vahid amal – sosial dəyər ətrafında birləşdirərək, açıq havada xeyriyyə satışı həyata keçirərək insanlara xeyriyyəçilik ənənələrinin, mərhəmət,
yardımlaşma kimi dəyərlərin təbliği istiqamətində işlər görülür. “Heydər Əliyev və mənəvi dəyərlərimiz” devizi ilə təşkil edilən sosial bazarda cəmiyyətin həssas qrup təbəqələri- tənha analar özlərinin və digər ata himayəsindən məhrum övladların təhsilinə dəstək olmaq üçün bir araya yığılır, milli mətbəximizin əvəzolunmaz təamı, növbənöv qutablardan bişirərək əhali arasında satışını təşkil edirlər.

Əhali arasında böyük maraq və sevgi ilə qarşılanan sosial bazar layihəsinin iştirakçıları həm dadlı qutablardan nuş edərək ata himayəsindən məhrum, bölgələrdə yaşayan abituriyentlərin təhsil xərclərinə dəstək vermiş olur, həm də mənəvi dəyərlərimizin təbliği istiqamətində könüllülərimiz tərəfindən maariflənir və bilavasitə layihənin iştirakçısı olurlar. Qeyd edək ki, xeyriyyə sərgisində əlavə olaraq ikinci əl kitablar, əl işləri, dibçək gülləri və ev şirniyyatlarının satışı, həmçinin uşaqlar üçün master-klas keçirildi.

Sosial bazarda çoxsaylı könüllülərin, müəllim, həkim heyəti, tələbələrin, iş adamlarının, yazıçıların və digər sənət sahələrinin nümayəndələrinin könüllülərlə yaxından ünsiyyəti və bu layihədə paylarının olması qəlbimizdə qürur yaradır.

 

 

Əvvəlki məqalə

“Ermənistan KTMT-dən çıxmaq qərarı verə bilər”

Sonrakı məqalə

Azərbaycan və Litva prezidentləri mətbuat üçün bəyanat veriblər