“Tətbiq edilən vaksinlərin heç birində ağırlaşma müşahidə olunmayıb” –Ramin Bayramlı

“Bu gün 80 min doza üzərində vaksin vura bilirik”.

Bunu APA-ya açıqlamasında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, yaxın günlərdə məntəqələrin sayını artırmaqla günlük dozanı 100 minə çatdırmaq nəzərdə tutulur: “Hər kəsi vaksinasiyada iştirak etməyə çağırıram. Bu gün ölkədə 4 vaksin əlçatandır. Tətbiq etdiyimiz vaksinlərin heç birində hər hansı ağırlaşma müşahidə olunmayıb. Çox kiçik allergik reaksiyalar olub. Bu, qəbulediləndir, ənənəvi vaksinlərdə də rast gəlinəndir. Ölkədə 4 vaksinlə bağlı rəsmi təsdiqlənmiş heç bir ağırlaşma halı yoxdur. Çünki mütəmadi olaraq bunun üzərində monitorinq aparılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Çətinlik çəkdiyim məqam yeni sxemdə oynamaqdır” –

Sonrakı məqalə

Məhkəmə əsassız vəsatətlər verən vəkilləri 500 manat cərimələyəcək –