Təyyarədə sərnişini döyən Taysona ittiham irəli sürülməyib

Təyyarədə sərnişini döyən boks üzrə keçmiş mütləq dünya çempionu Mayk Taysonun taleyi məlum olub. Bu barədə prokuror Stiven Vaqstaff məlumat verib.

55 yaşlı keçmiş idmançıya təyyarədə davaya görə ittiham irəli sürülməyəcək.

“Qərar qarşıdurma zamanı yaranan şəraitə əsaslanır ki, buna hadisədən əvvəl zərərçəkmişin davranışı, Tayson və zərərçəkmiş arasında qarşılıqlı münasibət, eləcə də hər iki tərəfin bu işdə ittiham irəli sürməmək xahişləri daxildir”, – deyə prokuror açıqlama verib.

San-Fransiskodan Floridaya uçan təyyarədə baş verən insidentlə bağlı aprelin 21-də məlumat verilmişdi. Yola düşməzdən əvvəl Tayson pərəstişkarları ilə şəkil çəkdirib. Onlardan birinin israrla idmançı ilə danışmağa çalışması onu qəzəbləndirib. Nəticədə boksçu sərnişinin üzünə bir neçə zərbə endirdikdən sonra təyyarədən enib. (Lenta.ru)

Əvvəlki məqalə

Britaniya Finlandiya ilə təhlükəsizlik paktı imzalayıb

Sonrakı məqalə

ABŞ-da 5 dəqiqədən bir narkotikdən bir nəfər ölür –