Tağı Əhmədov nəvəsinin nişanında iştirak edib –-FOTO

“Bakı Metropoliteni”nin sabiq rəisi Tağı Əhmədovun nəvəsinin nişanı olub.
Məclis dənizkənarı restoranlardan birində gerçəkləşib. Gecədən fotonu aparıcı Lalə Əlimuxtarova yayımlayıb.
Şəkildə T.Əhmədov və xanımı Salatın Əhmədova da yer alıb.
Qeyd edək ki, bir müddət əvvəl mediada T.Əhmədovun səhhətinin pis olması xəbəri yayılmışdı. O, açıqlamasında yeriyə bilmədiyini deyib.
T.Əhmədovun iki oğul övladı var. (Qaynarinfo)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.