“Tağıyev” filminin çəkilişləri başa çatıb- Premyera olacaq

Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsi əsasında çəkilmiş “Tağıyev” çoxseriyalı filminin çəkiliş prosesi yekunlaşıb.

Filmdə mesenat və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti barədə geniş və maraqlı məqamlar əsas götürülüb.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən ekranlaşdırılıb.

“Tağıyev”in tezliklə kinoteatrlarda nümayişi gözlənilir.

Bununla yanaşı, ekran işinin xarici auditoriya üçün də nümayişi nəzərdə tutulub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.