Tağıyevin heykəlini zədələməkdə şübhəli bilinən şəxslər saxlanılıb-Heykəl bərpa edilib - FOTO

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı abidəsini zədələnməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər yetirən şəxslər polis tərəfindən gecə ilə müəyyən olunaraq saxlanılıb. Heykəlin qoparılan elementi heykəltaraşın iştirakı ilə yerinə bərpa edilib”.

O bildirib ki, hazırda araşdırma davam edir.

DİN rəsmisi əlavə edib ki, heykəltəraş hadisə yerinə dəvət olunub və heykəl bərpa edilib. Abidənin üzərindən qoparılan element yerinə qoyulub.

Qeyd edək ki, həmin şəxslər heykəl üzərində əks edilmiş təsbehi zədələyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

İsrail prezidenti Türkiyəyə səfər edə bilər

Sonrakı məqalə

“Pekressin namizədlik statusu Azərbaycan qanunlarından üstün deyil” –