Tahir Salahovun cənazəsi Bakıya gətirilib –

"Təzə Pir" məscidinə aparılıb
23 May 2021 - 13:13

Almaniyada vəfat edən Xalq rəssamı Tahir Salahovun cənazəsi Bakıya gətirilib.

Bunu APA-ya açıqlamasında Xalq rəssamının bacısı Zərif Salahova deyib.

O, qardaşının nəşinin “Təzə Pir” məscidinə aparıldığını və sabah birinci Fəxri Xiyabanda dəfn olunacağını bildirilib.