Taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı açıqlandı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 24 mindən artıq sürücüyə təlim keçilib.

AYNA-dan bildirilib ki, taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 7 mindən çoxdur.

Qeyd edək ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Tələbə əsasən, sürücülər taksi fəaliyyəti üçün icazə ( “Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) almalıdır.

Əvvəlki məqalə

Avro-2024:

Sonrakı məqalə

III kurs tələbəsi Əminə Həsənova vəfat edib –