“Taliban” Əfqanıstan prezidentinin atəşkəs çağırışını rədd etdi

Radikal “Taliban” hərəkatı Əfqanıstan Prezidenti Əşrəf Qəninin atəşkəsə çağırışını rədd edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Kanal qeyd edir ki, Əfqanıstan lideri Ramazan ayı ərəfəsində ölkədə yeni növ koronavirusun yayılması və zorakılığın artması fonunda xüsusi durumun olduğunu əsas gətirərək atəşkəs elan olunması barədə çağırış edib. Amma taliblərdən rədd cavabı gəlib.

“Koronavirus səbəbi ilə minlərlə məhbusun həyatı təhlükə altında olduqda, sülh prosesi və razılaşmanın tam yerinə yetirilməsi yolunda maneələr meydana gəldikdə… atəşkəs tələbi məqsədəuyğun və inandırıcı deyil”, – hərəkatın Qətərdəki siyasi nümayəndəliyinin rəsmi nümayəndəsi Suheil Şahin “Twitter”də bildirib.

O əlavə edib ki, ABŞ ilə razılaşmanın tam şəkildə həyata keçirilməsi davamlı sülh və atəşkəsə səbəb olacaq.

“Taliban” Əfqanıstan hökumətindən ABŞ ilə razılaşma əsasında 5 min məhbusun sərbəst buraxılmasını tələb edir. Əfqanıstan tərəfi isə tədricən 1 500 məhkumun azad edilməsinə razılıq verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Afrikadakı malyariya ölümləri iki dəfə arta bilər”

Sonrakı məqalə

“Səhiyyə Nazirliyi və “Azəriqaz” arasında problem ucbatından kəndlərdə xəstəxanalara qaz verilmir”