Taliban qadınlara parkda gəzməyi qadağan edib

Taliban qadınların Əfqanıstanın ən məşhur milli parklarından biri olan Band-e-Amirə getməsinin qarşısını almaq üçün təhlükəsizlik güclərindən istifadə edəcək.

Azpost.info bildirir ki, bu barədə “Associated Press” Fəzilət Nazirliyinə istinadən xəbər verir.

Nazirlik iddia edir ki, qadınlar mərkəzi Bamian əyalətində yerləşən Band-e-Amirə gedərkən düzgün hicab prosedurlarına əməl etmirlər.

Bu, nazir Məhəmməd Xalid Hənəfinin əyalətə səfərindən bir həftə sonraya təsadüf edir. O, rəsmilərə və din xadimlərinə qadınların hicab geyinməyin düzgün qaydasına riayət etmədiklərindən narazı qalıb. Nazir təhlükəsizlik rəsmilərindən qadınların turistik məkana gəlməsini qadağan etməyi xahiş edib.

“Görməli yerləri gəzmək qadınlar üçün vacib deyil”-deyə Hənəfi vurğulayıb.

2021-ci il avqustun 15-də ölkədə hakimiyyəti ələ keçirdikdən sonra Taliban əfqan qız və qadınlarına bir sıra məhdudiyyətlər qoyub. O cümlədən qızların altıncı sinifdən sonra məktəbə getməsinə qadağan edilib.

Band-e-Amir Bamianın əsas turistik məkanıdır. 2009-cu ildə ölkənin ilk milli parkı olub. Hər il bura minlərlə ziyarətçi gəlir.

Əvvəlki məqalə

Türkiyə və BMT Rusiya ilə “taxıl müqaviləsi”nə qayıdış üçün danışıqlar aparır

Sonrakı məqalə

Erməni əsilli şəxslərin “Laçın” məntəqəsindən sərbəst keçidi təmin olunub