Tanınmış politoloqdan şok açıqlama:“Oktyabrın 13-də Etibar Məmmədov siyasətə qayıtdığını bəyan edəcək”

“AMİP oktyabrın 13-də “Ambassador” otelində geniş müşavirə keçirəcək. Həmin toplantıda Etibar Məmmədov siyasətə qayıdışını rəsmən bəyan edəcək”.

Azpost.info bildirir ki, bu məlumatı tanınmış siyasi icmalçı, politoloq Azər Rəşidoğlu açıqlayıb.

Onun sözlərinə görə, geniş müşavirəyə çoxlu sayda qonaqlar dəvət edilib. “Etibar Hüsənli fəallaşır. Başqa partiyalara qurultay üçün yer verməyən Bakı İcra Hakimiyyəti Etibar Hüsənliyə 13 oktyabrda Ambassador oteldə geniş müşavirə keçirməyə razılıq verib. Tədbirdə Qərbi Azərbaycandan olan ziyalıların iştirakı gözlənilir. Etibar Hüsənli toplantıda siyasətə qayıtdığını elan edəcək!”-deyə A. Rəşidoğlu bildirib.

Qeyd edək ki, E. Məmmədov 2004-cü ilin dekabrında siyasətdən getdiyini bəyan edərək AMİP sədri postunu tərk edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident İlham Əliyevin MDB sammitində çıxışı:

Sonrakı məqalə

İlham Əliyev və Nikol Paşinyan GÖRÜŞDÜ –