Tarix institutu gənc bakalavr və magistrləri işə dəvət edir –ELAN

AMEA Tarix institutu tarixin nəzəriyyəsi, Azərbaycanın qədim dövr tarixi, Albaniya və Atropatena dövlətləri, VII-IX, IX-XI və XIII-XIV əsrlər tarixinin öyrənilməsi üzrə kadr potensialını gücləndirmək məqsədilə bu dövrlər üzrə elmi araşdırmalara marağı olan gənc bakalavr və magistrləri işə dəvət edir.
Azpost.info bildirir ki, bu barədə Tarix İnstitutunun direktoru Kərim Şükürov bildirib.
Müraciət edənlər tədqiqində çalışmaq istədikləri problem və ya dövrün tarixi qaynaqları, həmçinin xarici tarixşünaslıq üzərində işləmək üçün dil hazırlığına (ərəb, fars, ingilis və rus dillərindən biri ola bilər) malik olmalıdır. İmkan daxilində dünyanın müvafiq elmi mərkəzlərində mixi yazıların, qədim fars (pəhləvi) və qədim erməni (qrabar) dillərinin öyrənilməsinin təşkili də nəzərdə tutulur.
İşə qəbul institutun mütəxəssislərindən təşkil ediləcək müsahibə komissiyası vasitəsilə həyata keçiriləcəkdir.
Sizə Tarix institutunun tarixində yeni dövr açmaq şansı verilir!
Müraciətlər 2023-ci il iyunun 20-dək qəbul edilir.
Ünvan: AZ1143, Bakı şəhəri, Hüseyn Cavid prospekti 115, VI mərətəbə, otaq 604. Əlaqə telefonları: iş-539-36-72; mob.: 070 555 66 84. Koordinator Tarix institutunun elmi katibi tarix üzrə fəlsəfə doktoru, dosent Ellada Bəkirovadır.
Əvvəlki məqalə

Azərbaycan-Ermənistan delimitasiya komissiyanın iclası keçiriləcək

Sonrakı məqalə

BMT-nin Ali nümayəndəsi Prezident İlham Əliyevi təbrik edib