Tarkovskinin 45 il əvvəl film üçün yazdığı ssenari 1 milyona satılıb

12-ci stul” hərrac evi “Güzgü” filminin məhdud sayda tirajlanmış ssenarisinin əldə olunan nüsxələrindən birini satıb.

Rus kinorejissoru Andrey Tarkovskinin müəllifi olduğu filmin ssenarisi çəkiliş heyəti üçün məhdud sayda çap olunubmuş. Hərraca çıxarılan nüsxədə Tarkovskinin imzası ilə ssenari Volodya adlı şəxsə hədiyyə olunubmuş.

İlkin dəyəri 650 min rubl təşkil edən ssenari hərracda 1,25 milyon rubla satılıb.“Güzgü” (ssenari müəllifləri Aleksandr Mişarin, Andrey Tarkovski, 1974) avtobioqrafik filmdir.

Andrey Tarkovskinin prototipi olub, yalnız uşaqlıqda görünməklə, xatirələri, yuxuları canlandırmaqla kadrarxası müəllif mətnini səsləndirən Alekseyin həyatından bəhs edir.(meydan.tv)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanlı milyarder Fərhad Əhmədov təkzib etdi:

Sonrakı məqalə

“Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var” –