“Taxıl sazişi”nin bərpasından sonra ilk 6 gəmi Ukrayna limanlarını tərk edib.
Azpost.info xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar “Habertürk” kanalına bildirib.
Onun sözlərinə görə, hökumət indi müddəti noyabrın 19-da başa çatacaq taxıl təşəbbüsünün uzadılması istiqamətində səyləri gücləndirmək niyyətindədir.
Akar “taxıl sazişi”nin bərpasını iki ölkə arasında sülh və atəşkəs yolunda mühüm addım adlandırıb.
O bildirib ki, saziş çərçivəsində limanları tərk edən gəmilərin ümumi sayı 426-ya çatıb, onların daşıdığı taxılın miqdarı isə 9,7 milyon tonu ötüb.
Azpost.info