“Böyük Qayıdış” Dövlət proqramının layihəsi hökumətə təqdim edilib

“İşğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” Dövlət proqramının layihəsi hazırlanaraq hökumətə təqdim edilib”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, proqram hazırda baxılmaqdadır: “Prezidentin müvafiq sərəncamına uyğun olaraq təkliflər paketi hazırlanıb. Vergi güzəştlərinin tətbiqi, özəl təşəbbüslərin, emal sahəsinin stimullaşdırılması üçün güzəştlərin tətbiqi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin azad edilmiş ərazilərə cəlb edilməsi, azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl tərəfdaşlığının artırılması planlaşdırılır. Yaxın tarixlərdə azad edilmiş ərazilərdə əlavə olaraq 350 iş yeri yaradılacaq. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövrünü əhatə edən strateji dövrə daxil olub. Milli iqtisadiyyatın maliyyə dayanıqlılığının daha da gücləndirilməsi istiqamətində yeni hədəflər gerçəkləşdirmək əzmindəyik. 2022-2026-ci illər sosial-iqtisadi inkişaf modelinin uğurla tətbiq edilməsi üçün təməl şərtlər işə salınacaq”.

Əvvəlki məqalə

Borrel “taxıl sazişi”nin bərpasına görə BMT və Türkiyəyə təşəkkür etdi

Sonrakı məqalə

“Taxıl sazişi”nin bərpasından sonra ilk 6 gəmi Ukrayna limanlarını tərk edib