Tayvan 2024-cü ilin yanvarından məcburi hərbi xidmət müddətini dörd aydan bir ilə qədər artıracaq.
Azpost.info xəbər verir ki, bu barədə Tayvan administrasiyasının rəhbəri Tsay İnven bildirib.
“Məcburi xidmət müddəti 2024-cü il yanvarın 1-dən bir ilə dəyişdiriləcək”, – İnven qeyd edib.
Bu qərar 2005-ci il yanvarın 1-də və daha sonra doğulmuş çağırışçılara şamil ediləcək.
Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin səfərindən sonra Tayvan yaxınlığında ən böyük hərbi təlimini keçirmişdi. Bu təlimlərə 71 hərbi təyyarə, həmçinin 7 dəniz gəmisi cəlb edilmişdi.
Azpost.info