“Tbilisi İrəvan və Bakı arasında sülh prosesini alqışlayır”- Gürcüstan Baş naziri

Gürcüstan Ermənistan hökumətinin qonşuları ilə münasibətləri normallaşdırmaq səylərini alqışlayır.

Azpost.info xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze erməni həmkarı Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, ölkəsi regionda sabitliyin və sülhün bərqərar olmasında üzərinə düşən vəzifəni yerinə yetirməyə hazırdır.

“Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülh şəraitində birgə yaşayışı dəstəkləyir və regionda mövcud olan problemlərin aradan qaldırılmasında birgə səyləri vacib hesab edir. Tbilisi İrəvan və Bakı arasında sülh prosesini alqışlayır”, – Kobaxidze bildirib.

Azpost.info

Əvvəlki məqalə

Birinci vitse-prezident məktəblilərə uğur arzulayıb

Sonrakı məqalə

Çaylardan sel keçəcək