“Tehran İsrailə cavab zərbəsinə hazırlaşır” –Xameneyinin baş müşaviri Laricani

Tehran İsrailin İrana qarşı son hücumlarına cavab verməyə hazırlaşır.

Azpost.info bildirir ki, bu sözləri İranın ali dini lideri Ayətullah Xameneyinin baş müşaviri Əli Laricani “Tasnim” agentliyinə müsahibəsində deyib.

“Hərbi rəhbərlik İsrailin hərəkətlərinə cavab vermək üçün planlar və müxtəlif strategiyalar üzərində işləyirlər”, – Laricani bildirib.

Laricani Suriya və Livana son səfərindən də danışaraq  “Hizbullah” komandirlərinin yüksək əhval-ruhiyyədə olduğunu bildirib.

“Netanyahu “Hizbullah”ın hərbi texnikasının məhv edildiyini iddia edir. Mən ondan soruşmaq istərdim: Hizbullah hərbi texnikasını Marsdan gətirib?” – deyə Laricani sual edib.

Əvvəlki məqalə

“Liverpul” qələbə qazanıb –

Sonrakı məqalə

Rusiya təyyarəsi Antalya hava limanında yanıb –