Təkcə şəxsiyyət vəsiqəsi ilə soyula bilərsiniz- DİQQƏT!

şəxsiyyət vəsiqəsi
şəxsiyyət vəsiqəsi

Bank hesablarından pulların oğurlanması, başqa şəxslərin adına kreditlərin götürülməsi yalnız şəxsiyyət vəsiqəsi ilə mümkün ola bilər.

AzPost xəbər verir ki, bu baxımdan da mütəxəssislər şəxsiyyət vəsiqələrinin açıq halda fotolarının sosial şəbəkədə paylaşılmasını düzgün hesab etmirlər.

Həmçinin vurğulanır ki, şəxsiyyət vəsiqələrinin digər şəxslərə etibar edilməsi də düzgün deyil.

Başqasının əlinə keçən şəxsiyyət vəsiqəsi onun sahibinə ciddi problem yarada bilər.

Daha ətraflı İctimai TV-nin videomaterialında:

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti tərəfindən “TikTok” sosial şəbəkəsində mobil operatorlardan birinin adından dələduzluq həyata keçirildiyi bildirilib. Qeyd olunub ki, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur. Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə 50GB internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir və “Abunə ol” düyməsinə kliklədikdə istifadəçilərdən bank kartı məlumatlarını daxil etmək tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.