Televiziya tarixində ən qorxulu seriallar

- Reytinq açıqlandı
26 Oktyabr 2019 - 13:24

“Rolling Stone” jurnalı şərhçisinin fikrincə, “Tvin Piks” (Twin Peaks) filmi televiziya tarixində ən qorxulu serialdır.

Qorxu janrında çəkilən 30 ən yaxşı filmin siyahısı “Rolling Stone” jurnalının saytında dərc olunub.

Rejissorlar Devid Linç və Mark Frostun “Tvin Piks” orijinal serialı Federal Təhqiqatlar Bürosu agentinin ABŞ-ın əyalət şəhərciyində qızın qətlinin təhqiqatından bəhs edir. Film 1990-1991-ci illərdə ekranlara çıxıb, 2017-ci ildə isə serialın davamı çəkilib.

Jurnalın versiyasına görə, reytinqin ikinci pilləsində Rod Serlinqin “Alatoranlıq zonası” (The Twilight Zone, 1959) serialı qərarlaşıb. İlk üçlüyü isə Brayn Fullerin “Hannibal” (Hannibal, 2013-2015) filmi qapayır.

Bundan başqa, “Məxfi materiallar” (The X-Files, 1993-2002, 2016-2018) dördüncü, “Əsl detektiv” (True Detective, 2014) yeddinci, “Gəzən ölülər” (The Walking Dead, 2010) isə onuncu yeri tutub(azərtac).