Telman İsmayılov Monteneqroda sığınacaq alıb –Təcridxanasından buraxıldı

Həbsdə olan məşhur azərbaycanlı biznesmen Telman İsmayılov Monteneqroda sığınacaq alıb.

Bu barədə “Vijesti” nəşrinə biznesmenin vəkili məlumat verib.

Nəşrin yazdığına görə, T.İsmayılov istintaq təcridxanasından buraxılıb.

Qeyd edək ki, Rusiyada qətllərdə və adam oğurluğunda ittiham olunan iş adamı Telman İsmayılov Moskvanın sorğusu əsasında Monteneqronun paytaxtı Podqoritsada saxlanılıb.

Rusiya ekstradisiya üçün lazım olan sənədləri Monteneqro tərəfinə təqdim etdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xalq artisti Canəli Əkbərov vəfat edib

Sonrakı məqalə

Baş Prokurorluq məşq zamanı ölən idmançı ilə bağlı açıqlama verdi