Temperatur 5-7 dərəcə enəcək, bəzi çaylardan sel keçəcək- XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 29-dan 30-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 29-u səhər yarımadanın bəzi yerlərində arabir 28-32 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyulun 29-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° aşağı enərək 25-28° isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 29-dan 30-u səhərədək bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Əvvəlki məqalə

Nazirlik gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib

Sonrakı məqalə

“Rusiya Afrika ölkələrinin 23 milyard dollar borcunu silib”