Temperatur enəcək, güclü külək əsəcək, çaylardan sel keçəcək- XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra avqustun 24-ü axşam şimal və qərb rayonlarından başlayaraq 27-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrolemetorologiya Xidmətindən bildirilib.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7° aşağı enəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

 

Əvvəlki məqalə

Füzuli Mərkəzi Xəstəxanasında külli miqdarda mənimsəmə ilə bağlı cinayət işi açılıb

Sonrakı məqalə

Təhlükəsizlik Xidməti “WhatsApp”la bağlı əhaliyə müraciət etdi