Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Tətil sonrası dərs yükü: Şagird və müəllimləri kim düşünür?

Orkhan Ali 10 Aprel 2025 - 14:50 (Last updated: 21 May 2025 - 20:15)
Dərs yükü

Dərs yükü

Tədris müəssisələrində – məktəb, kollec və universitetlərdə tətil dövründən sonra proqram üzrə keçilməmiş mövzular “qalma mövzular” kimi tanınır. Müəllimlər bu mövzuları tədris ilinin sonuna kimi çatdırmaq məqsədilə dərs yükünü artırmağa məcbur olur, bu isə şagird və tələbələr arasında narazılıq yaradır. Mövzuların qısa zaman ərzində, intensiv şəkildə keçirilməsi həm müəllimlər, həm də öyrənənlər üçün əlavə stress və çətinlik yaradır. Bu kimi situasiyaların yaranmasına səbəb nədir? Niyə tədris təqvimi ilə bayram vaxtının zamanlamasını uyğunlaşdıra bilmirik?

Mövzu ilə bağlı Valyuta.az-a danışan təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, düzgün planlama aparılsa, bu problem yaşanmaz: “Tədris ilinin əvvəlindən nə vaxt tətil olacağı, hansı günlərdə dərs olacağı məlum olmalıdır. Yəni, tədris təqvimi ilin əvvəlindən-sentyabr ayından məlum olmalıdır. Bunu bilən müəllim də əlbəttə ki, il ərzində proqramı ona görə hazırlayacaq, hansı həftə hansı dərsi hazırlayacağını, keçəcəyini planlaşdıracaq. Məsələn, mart və ya fevral ayında biləndə ki, mart ayında 10 gün tətil olacaq, əlbəttə ki, bu hal proqramın geriləyəcəyi anlamına gəlir. Amma müəllim sentyabr ayında bilsə ki, mart ayında 10 gün tətil olacaq o zaman il ərzində tədris proqramını ona görə hazırlayar. Göründüyü kimi bu halların aradan qalxması üçün düzgün planlamanın olması vacibdir”.

Təhsil eksperti deyir ki, dərs yükünü birdən-birə artırmaq da düzgün deyil: “Dərs yükünü mart ayından, tətildən sonraya həddindən artıq salmaq əvəzinə az-az sentyabrdan başlayaraq normal qaydada keçmək lazımdır ki, nə müəllimlər, nə də şagird və tələbələr çətinlik çəkməsin. Bunun üçün də əvvəlcədən plan qurulmalıdır. Bir nüansı da qeyd edim ki, Azərbaycan şagirdi məktəbdə çox az vaxt keçirir. Dünyadakı təhsil təqviminə baxanda, bizim şagirdlərimiz məktəbdə az olur, çox tətil edir. Amma dünyanın bir çox yerində tədris təqvimi fərqlidir, düzgün planlanılır və bizim qədər tətil etmirlər. Bütün bunları nəzərə alaraq, bizim birdən 10 günlük tətil etməyimiz məqbul sayıla bilməz”.

Post navigation

Previous: Zabrat qəsəbəsində su olmayacaq – Bu tarixdə
Next: Bu nazirliklər Bakıdan köçürülə bilər – ADLAR

Oxşar xəbərlər

bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43
AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.