“Tezliklə Baxmut və daha iki şəhəri azad edəcəyik”- ZELENSKİ

“Ukrayna ordusu Rusiya tərəfindən işğal olunmuş Baxmut və daha iki şəhəri tezliklə azad edəcək”.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonda bildirib.

“Biz Baxmutu işğaldan azad edəcəyik. Düşünürəm ki, daha iki şəhər işğaldan azad ediləcək”, – Zelenski  deyib.

Lakin Ukrayna lideri bu şəhərlərin adını çəkməkdən imtina edib: “Bizim bir planımız var. Çox, çox təfərrüatlı plandır”.

Zelenski həmçinin qeyd edib ki, Ukraynanın iyunun əvvəlində başlayan əks-hücumları bütün payız və qış boyu davam edəcək: “Biz əlimizdən gələni edəcəyik ki, əməliyyat payızda pis hava və qışda çətin günlərdə dayanmasın”.

Onun sözlərinə görə, Ukrayna ötən ildən – əksər hücum əməliyyatlarını bir neçə ay dayandırdığı vaxtdan dərsini alıb: “Bu, Rusiyaya fasilədən istifadə edib bərpa olunmağa və bu il Ukrayna ordusu üçün çətin maneəyə çevrilən geniş müdafiə xətləri qurmağa imkan verdi. Mən Rusiya prezidenti Vladimir Putinin nə istədiyini bilirəm. Onun fasiləyə ehtiyacı var, çünki o, həqiqətən insanları itirib”.

Azpost.info

 

Əvvəlki məqalə

“Xankəndi təslim olub, yeni reallıq yaranıb” –

Sonrakı məqalə

Qarabağda silahı yerə qoyan ermənilər üçün amnistiya elan ediləcək –