“Xankəndi təslim olub, yeni reallıq yaranıb” –Beynəlxalq Böhran Qrupunun erməni eksperti

Qarabağdakı separatçıların təslim olmasından sonra  regionda yeni reallıq yaranıb.

Azpost.info bildirir ki, bu barədə Beynəlxalq Böhran Qrupunun (ICG) Cənubi Qafqaz üzrə baş analitiki Olesya Vartanyan “Kommersant”a müsahibəsində deyib.

O qeyd edib ki, Xankəndindəki “hakimiyyət” təslim olub: “İndi bütün diqqət iki mövzuya yönələcək: Azərbaycanın üzərlərinə götürdükləri öhdəliklər və Qarabağda humanitar məsələlərin həlli…”-deyə ekspert vurğulayıb.

Vartanyan deyib ki, Azərbaycan yerli sakinləri Qarabağda qala biləcəklərinə inandırsa, o zaman Bakı və İrəvan yaxın vaxtlarda sülh müqaviləsi imzalaya biləcəklər.

Onun sözlərinə görə hazırda həllini gözləyən çoxlu məsələlər var: “Tərksilah prosesi və bölgəyə yeni rəhbərliyin təyinatının necə baş tutacağı bəlli deyil. Hələ ki, biz Bakının öz rəhbərliyini təyin edib-etməyəcəyini bilmirik”.

Azpost.info

 

 

Əvvəlki məqalə

İrəvanın mərkəzində kütləvi həbslər başlayıb

Sonrakı məqalə

“Tezliklə Baxmut və daha iki şəhəri azad edəcəyik”