“Tezliklə yeni radarlar, dronlar və hava hücumundan müdafiə sistemlərini təqdim edəcəyik”– İranlı general

İran quru qoşunlarının hava hücumundan müdafiə qüvvələri yaxın vaxtlarda yeni radar və pilotsuz təyyarələrin təqdimatını keçirəcək.

Azpost.info xəbər verir ki, bunu İran ordusunun hava hücumundan müdafiə qüvvələri komandanının müavini, briqada generalı Əlirza Elhami bildirib.

“Yaxın vaxtlarda biz quru qoşunlarının hava hücumundan müdafiə sistemlərinin müxtəlif radar, raket və pilotsuz silahlarının təqdimatını görəcəyik”, – “Tasnim” agentliyi generala istinadən yazıb.

“Qabaqlayıcı sistemlərin modernləşdirilməsi sahəsində konstruktiv tədbirlər görülüb ki, bu da ölkəmizin müdafiə qabiliyyətini və çəkindirmə gücünü daha da gücləndirəcək”, – Elhami qeyd edib.

Azpost.info

 

Əvvəlki məqalə

“Seçkilər Türkiyədə diktatura iddialarını təkzib etdi” –

Sonrakı məqalə

Brejnev “Kiyevin fəxri vətəndaşı” titulundan məhrum edildi