“Seçkilər Türkiyədə diktatura iddialarını təkzib etdi” –ƏRDOĞAN

“14 may seçkiləri Türkiyədə diktatura olduğu barədə iddiaları təkzib etdi”.

Azpost.info bildirir ki, bu barədə prezident Ərdoğan ikinci tur seçkiləri ilə bağlı bildirib.

“Mayın 14-də biz seçki məntəqələrində türk demokratyasının gücünü gördük“-deyə o vurğulayıb.

Ərdoğanın sözlərinə görə, Türkiyə dünyaya göstərdi ki, KİV vasitəsi ilə ictimai rəylə manipulyasiya cəhdləri heç bir nəticə verməyəcək: “Dezinformasiya kampaniyasının arxasında öz ölkəsində seçici səslərinin yarısını ala bilməyənlər də dururdu. 14 may səsverməsi ölkə haqqında olan yalanları təkzib etdi”.

Prezident qeyd edib ki, seçkilərin birinci turu xalqın uzaqgörənliyini nümayiş etdirdi. “Biz buna siyasi mənsubiyyətindən asılı olmayaraq 85 milyonluq vətəndaşla birgə nail oluq. Ümid edirəm ki, 28 maydan sonra biz bir yerdə ölkəmizin inkişafı üçün çalışacağıq”-deyə Ərdoğan vurğulayıb.

Azpost.info

 

 

Əvvəlki məqalə

İsveç XİN beş diplomatının Rusiyadan qovulmasına münasibət bildirdi

Sonrakı məqalə

“Tezliklə yeni radarlar, dronlar və hava hücumundan müdafiə sistemlərini təqdim edəcəyik”