TFF Merih Demirala cəza verilməsinə dair məlumatı təkzib edib

Merih Demiral UEFA tərəfindən 2 oyunluq cəza verilməsinə dair yayılan xəbərlər həqiqəti əks etdirmir.

APA “NTV Spor”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, UEFA-nın Merih Dəmiralla bağlı araşdırması davam edir.

Qeyd edək ki “Bild” qəzeti Avropa çempionatında Avstriya ilə matçda qol vurduqdan sonra qələbəsini “Bozqurd” işarəsi ilə qeyd edən Türkiyə millisinin üzvü Merih Demirala 2 oyunluq cəza verilməsi barədə məlumat yaymışdı.

 

Əvvəlki məqalə

Orbanın Aİ adından Rusiya ilə danışmaq səlahiyyəti yoxdur –

Sonrakı məqalə

Rusiyanın daha bir regionunda niqab qadağan olunub